Kliçko Zelenskiyə Kiyevin Hərbi Administrasiya rəhbərindən şikayət edib
Kiyevin meri Vitali Kliçko şəhərin Hərbi Administrasiyasının yeni rəhbəri Timur Tkaçenko barəsində Prezident Vladimir Zelenskiyə müraciət edərək onu yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini mənimsəməkdə günahlandırıb.
APA-nın “Unian”a istinadən xəbərinə görə, o müraciətində bildirib ki, T. Tkaçenko bu əməllərlə şəhər sakinlərini siyasi intriqaların əsirinə çevirir.
“Ali Baş Komandan olaraq siz müharibəyə və Ukraynanın müdafiəsinə köklənmisiniz, lakin ətrafınızdakı bəzi insanlar siyasi intriqalarla məşğuldur. Bu proseslər artıq kritik xarakter alıb. Faktiki olaraq Kiyevdə yerli özünüidarə sisteminin səlahiyyətlərinin məhdudlaşdırılmasına cəhd edilir. Bu isə şəhərin müdafiəsinin təşkilinə yox, hakimiyyətin ələ keçirilməsinə və paytaxtda həyatın iflic vəziyyətə salınmasına yönəlib. Konstitusiyanın təminatçısı kimi sizə müraciət edərək, demokratiyanın əsas prinsiplərindən olan yerli özünüidarə sisteminin məhvinə imkan verməməyə çağırıram”, - deyə V. Kliçko bildirib.
Oxşar xəbərlər
Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var
Cənubi Koreyada hərbi vəziyyət elan edilib
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib
Korotçenko: Azərbaycanın Qələbədə misilsiz rolu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
WUF13: Bakının qlobal şəhərsalma gündəmini formalaşdıran tarixi uğuru - TƏHLİL
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
