Gürcüstan DİN Giorgi Qaxariaya hücumla bağlı istintaq başladıb
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) “Gürcüstan naminə” partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxariaya hücumla bağlı istintaq başladıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun bəyanatına görə, araşdırma cinayət məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə aparılır.
İnsidentlə əlaqədar Gürcüstan naminə partiyası da bəyanat yayıb. Bildirilib ki, Qaxariya hücuma məruz qalarkən məhkəmə prosesi ilə əlaqədar Batumidə olub. Partiya insidentə görə hakim partiyanı günahlandırıb.
Qeyd edək ki, ötən gecə hücuma məruz qalan Giorgi Qaxariyanın burun sümüyünün sındığı və beyin silkələnməsinə olduğu bildirilib. O, təcili yardım briqadası tərəfindən aparıldığı klinikanı öz istəyi ilə tərk edib.
Oxşar xəbərlər
Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya hücuma məruz qalıb
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
Gürcüstan parlamenti Saakaşvilinin partiyasının fəaliyyətinə dair istintaq komissiyası yaradacaq
Rusiyalı alpinistlər Kazbek dağında həlak olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













