“Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ölüb
İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.
Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
“La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri ilə birgə ekskursiyada olub və o 150 metr hündürlükdən yıxılıb. Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.
Qeyd edək ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.
Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. "Mango"nun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.
Oxşar xəbərlər
Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub
Moskva yaxınlığında 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb
Gədəbəy sakini ağacdan yıxılaraq ölüb
Sumqayıtda 21 yaşlı tələbə 7-ci mərtəbədən yıxılaraq ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
