Zurabişvili səlahiyyət müddəti bitdikdən sonra da Prezident olara qalacağını bəyan edib
sizinxeber.az xəbər saytı

Zurabişvili səlahiyyət müddəti bitdikdən sonra da Prezident olara qalacağını bəyan edib


Gürcüstan Prezidenti Salome Zurabişvili "legitim parlament" seçilənə qədər mandatının davam edəcəyini açıqlayıb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili bu barədə ictimaiyyətə müraciətində bildirib. O, parlamentin legitim olmadığını, bu səbəbdən də prezident seçmək səlahiyyəti olmadığını qeyd edib.

"Parlament legitim deyil, ona görə də qeyri-legitim parlament yeni prezident seçə bilməz. Ona görə də inauqurasiya olmayacaq və mənim mandatım legitim parlament olana qədər davam edəcək", - Zurabişvili bildirib.

Zurabişvili sabah ictimaiyyət nümayəndələrinin və partiya liderlərinin bir araya gələrək proseslərin siyasi hissəsini idarə edəcəyini, özünün isə siyasi prosesə rəhbərlik edəcəyini qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamenti 14 dekabra Prezident seçkiləri təyin edib. Prezident ümumxalq səsverməsi yolu ilə deyil, parlament üzvlərinin də daxil olduğu 300 nəfərlik seçicilər kollegiyası tərəfindən müəyyən ediləcək.

Oxşar xəbərlər

Gürcüstan prezidenti istefa verməyəcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili: Parlamentin iclası qeyri-konstusiondur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan prezideti seçkilərdən əvvəl “texniki hökumət”i təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili qərbyönümlü partiyaların seçkilərdə 52% səs çoxluğu əldə etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər