Makron: Serbiya Aİ-yə üzv olmağa maraq göstərmir
sizinxeber.az xəbər saytı

Makron: Serbiya Aİ-yə üzv olmağa maraq göstərmir


“Serbiya müstəqilliyinə təhdid yaradacağından çəkinərək, Avropa İttifaqına üzv olmağa maraq göstərmir”.

APA-nın “Politico”ya istinadən xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron bu ölkəyə baş tutacaq səfər öncəsi Serbiya hökumətinə ünvanladığı məktubunda bildirib.

Serbiya mətbuatında dərc olunan müraciət xarakterli məktubda qeyd olunub ki,, ölkənin hakimiyyətində Avropa İttifaqına etimadsızlıq, eləcə də qurumun tərkibinə daxil olmanın uğursuzluqla nəticələnəcəyinə dair şübhələr var.

O eyni zamanda Kosovo probleminin həlli yollarına da toxunub:

“Bizim təklif etdiyimiz normallaşma üsulu aktuallığını qorumaqla yanaşı, həm də serblərin Kosovo ərazisində qanunlara hörmət prinsipi əsasında yaşamasını özündə ehtiva edir. 2019-cu ildə reallaşan səfərimdən sonra münasibətlərimiz daha da inkişaf edib”.

Oxşar xəbərlər

Sahil Babayev: Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır
Sahil Babayev: Azərbaycan və Serbiya arasında dayanıqlı bünövrəyə əsaslanır
Serbiya işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma prosesində iştirak edəcək
Makron: Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür
Latviyada nüvə silahının yerləşdirilməsinə dair petisiya davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər