İttihamlardan biri üzrə Durovu 10 ilə qədər həbs gözləyir
“Telegram”ın həmtəsisçisi Pavel Durov çərşənbə günü Parisdə ona qarşı irəli sürülən ittihamlardan birinə görə 10 ilədək həbs cəzası ala bilər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Paris prokurorluğunun TASS-a daxil olan bəyanatında deyilir.
“Cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatların aparılmasına imkan yaratmaq məqsədi ilə şəbəkə platformasının idarə edilməsində şəriklik (maksimum cəza 10 il həbs və 500 min avro məbləğində cərimə)”, - deyə məlumatda bildirilir.
Qalan ittihamlar isə səlahiyyətli orqanlara qanuni prosedur çərçivəsində məlumatların ələ keçirilməsi imkanının verilməsindən imtina, uşaq pornoqrafiyası və narkotik vasitələrin yayılması da daxil olmaqla proqram təminatının təmin edilməsi kimi müxtəlif cinayətlərdə iştirak və fırıldaq kimi maddələrdən ibarətdir.
Oxşar xəbərlər
Fransada Durovu ittihamlardan biri üzrə 10 ilə qədər həbs gözləyir
Fransada Durovu ittihamlardan biri ilə 10 ilə qədər həbs gözləyir
Pavel Durov daha 48 saat Fransa polisinin nəzarətində qalacaq
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb
Filippo: Durova qarşı ittihamlar istənilən sosial şəbəkə rəhbərini həbsə atmağa imkan verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













