ABŞ qoşunlarının bir qismini İraqdan çıxarmağa razılıq verib
ABŞ "İslam Dövləti" terror qruplaşmasına qarşı beynəlxalq koalisiyanın tərkibində xidmət etmiş hərbçilərin bir qismini İraqdan çıxarmağa razılıq verib.
APA xəbər verir ki, bu barədə “The National” nəşri mənbələrə istinadən yazır.
İraq hökumətinə yaxın mənbələr bildirib ki, Bağdad və Vaşinqton koalisiyanın tərkibində olan bəzi ABŞ qoşunlarının çıxarılmasına başlanması barədə razılığa gəlib.
Bununla yanaşı, iyulun 22-si və 23-də Vaşinqtonda Pentaqon rəhbəri Lloyd Ostin və İraqın müdafiə naziri Tabeta əl-Abbasinin iştirakı ilə danışıqlar keçirilib.
Danışıqlarda koalisiyasının fəaliyyətinin başa çatması və Bağdadın İraqda hərbi mövcudluğunu saxlayan ölkələrlə yeni ikitərəfli tərəfdaşlıq qurması məsələsi müzakirə olunub.
“Tərəflər bu razılaşmanın final mərhələsindədir”, - deyə İraq parlamentinin üzvü Cavad əl-Bulani “The National” nəşrinə bildirib.
Hazırda İraqda 2500 ABŞ hərbçisi var.
Oxşar xəbərlər
KİV: ABŞ və İraq koalisiya qoşunlarının respublika ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












