İran SQ Baş Qərargahı “Fars”ın Rəisinin helikopterinin qəzaya uğramasına dair səbəbləri ilə bağlı məlumatını təkzib edib - YENİLƏNİB
İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərinə dair məlumatını təkzib edib.
APA xəbər verir ki, bu barədə İran Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.
“Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”, - bəyanatda deyilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı mediadan müdafiə və təhlükəsizlik mövzusunda xəbərlərin dərcini qurumla əlaqələndirməyi, operativliyə görə dəqiqliyi qurban verməməyi və düşmənlərə sui-istifadə üçün səbəb verməməyi tələb edib.
***
19:04
İranda Prezident İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi başa çatıb.
APA İran mediasına istinadən xəbər verir ki, Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.
Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib.
İstintaqda ümumilikdə 30 min nəfər dindirilib.
Müəyyən olunub ki, Rəisinin olduğu helikopterə nəzərdə tutulduğundan çox sayda adam götürülüb. Bu səbəbdən helikopter lazım olan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.
Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb.
Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub.
Oxşar xəbərlər
İran SQ Baş Qərargahı “Fars”ın Rəisinin helikopterinin qəzaya uğramasına dair səbəbləri ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Helikopter qəzası: İran hökuməti hərəkətə keçdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı istintaq başa çatıb, nəticə məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: Tehranla Moskvanın əməkdaşlığı dünyada təhlükəsizliyi artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












