Qazaxıstan Rusiyaya qarşı bəzi sanksiyalara qoşulmayacağını bildirib
“Qazaxıstan anti-Rusiya sanksiyalarının yalnız bir hissəsinə əməl edəcək”.
APA xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində bu ölkənin ticarət naziri Serik Jumanqarin deyib.
Onun sözlərinə görə, hökumət sadəcə bəzi ticari qadağalara qoşulacaq, dövlət maraqlarına toxunan sanksiyalara isə qoşulmayacaq. Nazir açıqlayıb ki, xüsusilə də maşınqayırma sənayesində istifadə olunan qurğuların Rusiya tərəfinə satışından imtina olunmayacaq.
S. Jumanqarin bir qədər əvvəl ABŞ-nin sanksiya siyahısına daxil olan şirkətlərin ləğvetmə prosesində olduğunu açıqlayıb. Qazaxıstanlı nazir bu qadağalardan əziyyət çəkən yerli şirkətlərin 40 faiz həcmində zərərlə işlədiyini, dövlət büdcəsinin isə ciddi itkilərə məruz qaldığını sözlərinə əlavə edib.
Oxşar xəbərlər
İtaliya Baş naziri Çinə səfər edəcək
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır
Nazir: Bakı-Supsa neft kəməri ilə Qazaxıstan neftinin nəqlinə bu il başlanacaq
ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır
Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













