Braziliyada COP30-un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb
sizinxeber.az xəbər saytı

Braziliyada COP30-un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb


Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb.

Sizinxeber.az xəbə verir ki, sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb.

Müəyyən edilib ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir.

Xatırladaq ki, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.

Oxşar xəbərlər

COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır
COP30 Prezidenti: "Bakı-Belen yol xəritəsi” iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə cəlb etməyə kömək edəcək
Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək
Braziliyada keçiriləcək COP30-un prezidenti təyin olunub
Yalçın Rəfiyev COP30-un keçiriləcəyi ölkənin seçilməsi üzrə səlahiyyətli nümayəndə təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər