ABŞ Çini Hörmüz boğazını bağlamaması üçün İrana təsir etməyə çağırıb
sizinxeber.az xəbər saytı

ABŞ Çini Hörmüz boğazını bağlamaması üçün İrana təsir etməyə çağırıb


ABŞ Çinə Hörmüz boğazı ilə bağlı çağırış edib.

Sizinxeber.az-nın xəbərinə görə, dövlət katibi Marko Rubio "Fox News"-a açıqlamasında Pekini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırıb.

“Mən Çin hökumətini İrana zəng etməyə çağırıram. Çin neft tələbatı ilə bağlı Hörmüz boğazından çox asılıdır”, - deyə Marko Rubio vurğulayıb.

ABŞ dövlət katibi qeyd edib ki, İran Hörmüz boğazını bağlasa, bu, növbəti dəhşətli səhv olacaq: “Əgər bunu edərlərsə, bu, onlar üçün iqtisadi intihar olar. Biz bu məsələylə məşğul olmaq variantlarını gündəmdə saxlayırıq”.

Qeyd edək ki, bu gün İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib. Ancaq bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.

Hazırda qlobal neft və qaz tədarükününü 20 faizindən çoxu bu boğaz üzərindən daşınır. Hörmüzdən hər gün 17-20 milyon barel neft yüklü tankerlər keçir. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur. Köfrəzdən daşınan neftin böyük hissəsi Səudiyyə Ərəbistanına məxsusdur.

Oxşar xəbərlər

ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Rubio İranı bütün nüvə obyektlərinə müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb
İran parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib
Marko Rubio: ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak etməyib
İran Hörmüz boğazını bağlamağı düşünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər