"Yabancı damat" serialının "Memik dede"si öldü
sizinxeber.az xəbər saytı

"Yabancı damat" serialının "Memik dede"si öldü


Tükiyənin məşhur "Yabancı damat" serialında canlandırdığı "Memik dede" obrazı ilə tanınan aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.

Oxu.Az-ın "Milliyet"ə istinadən xəbərinə görə, bu barədə aktyorun oğlu Mehmet Güzelbeyoğlu məlumat verib.

Türk kino tarixinin ustad aktyorlarından olan Arif Erkin Güzelbeyoğlu 90 yaşında dünyasını dəyişib.

11 sentyabr 1935-ci ildə Qaziantepdə anadan olan Arif Erkin Güzelbeyoğlu türk teatrı, kinosu və musiqisinə mühüm töhfələr verib. O, memar, musiqiçi, aktyor kimi fəaliyyət göstərib. İstanbul Radiosunda solist və xor ifaçısı kimi çıxış edib. Bir çox tamaşalara musiqilər bəstələyib.

Kino və televiziya sahəsində də mühüm layihələrdə yer alıb, "İkinci bahar" serialında "Zülfikar ağa" və "Yabancı damat" serialında "Memik dede" rolları ilə tanınıb.



Oxşar xəbərlər

"Yabancı Damat"ın aktyoru evlənir - FOTO
Tarzan rolunun məşhur ifaçısı vəfat edib
Britaniyalı aktyor Terens Stemp vəfat edib
Elşən türk serialından aldığı qonorardan danışdı
Məşhur aktyor vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər