Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir


Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.

Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər