Azərbaycan hərbçiləri Pakistanda "AMAN-25" təlimində iştirak edir - VİDEO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi davam edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkəmizi təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
"Sülh naminə birlikdə" şüarı ilə keçirilən "AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımız qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir
Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər
Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













