sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Antiterror əməliyyatında yaralanıb şəhid olan zabitimiz sabah Salyanda dəfn ediləcək
Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu sabah Salyanda dəfn ediləcək.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, şəhid Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ü.Bağırov Salyan şəhərində anadan olub. O, bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib
Yaralı hərbçimiz şəhid oldu
Şəhid Ələsgər Əsgərov sabah Naxçıvanda dəfn ediləcək
Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev dəfn edilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













