MSN: Azərbaycanın Ukraynaya hərbi məmulatların göndərməsinə dair xəbərlər feykdir
Azərbaycanın Ukraynaya hərbi təyinatlı məmulatların göndərməsinə dari xəbərlər feyk və dezinformasiyadır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bildirib.
"Erməni teleqram kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə feyk və dezinformasiya xarakteri daşıyır. Erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - nazirlik diqqətə çatdırıb.
Oxşar xəbərlər
Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi
Nazir: “Antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib”
MN: Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə məlumatlar tamamilə yalandır
Ermənilərin yaydığı bu xəbər yalandır! - MN
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













