“2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib
Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində bir qrup gəncin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə nümayiş olunan müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş artilleriya qurğuları, aviasiya və hava hücumundan müdafiə vasitələri, mühəndis, zirehli tank və avtomobil texnikaları, piyadanın döyüş maşınları və digər eksponatlar gənclər tərəfindən maraqla qarşılanıb.
Gənclər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinə gələrək təlim-məşq trenajorları ilə də tanış olublar. Məlumat verilib ki, trenajorlar zalında xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğuları quraşdırılıb. Burada döyüş sursatı və yanacaq sərf etmədən tank, piyadanın döyüş maşınları, artilleriya qurğuları və digər döyüş texnikalarının idarə olunması üzrə hərbi qulluqçuların bacarıqları təkmilləşdirilir.
Daha sonra Təlim-Tədris Mərkəzində “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin davam etdiriməsi nəticəsində Azərbaycan gəncliyi ölkəmizin bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında gənclərimizin göstərdiyi şücaət bunu bir daha sübut edir.
Tədbirdə hərbi orkestrin ifasında hərbi marşlar ifa edilib, və “Gənclərin sözü” filminə baxış olub.
Oxşar xəbərlər
694-cü gün: Rusiyanın itkiləri açıqlandı
Papikyan sərhədimizə gəldi, döyüş mövqeyinə baş çəkdi
Rusiya xüsusi təyinatlıları ABŞ-ın iki zirehli maşınını vurdu
Rusiya Ermənistandakı bazasına “hücumun” qarşısını aldı
MN: "Bu il azad olunan ərazilərdə 955 mina zərərsizləşdirilib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













