Şəhid Teymur İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Birinci Qarabağ müharibəsi şəhidi, kapitan Teymur İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, keçmiş komandirləri və kursantlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbir iştirakçılarına T.İbrahimovun şərəfli həyat yolu haqqında məlumat verilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb - FOTO
MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib
“N” saylı hərbi hissənin yaranması günü qeyd olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













