Azərbaycan Ordusu keçilməz deyilən sədləri keçib torpaqlarımızı işğaldan azad edib - RƏY
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 26 iyun tarixli qərarına əsasən ölkədə ilk nizami hərbi hissənin - Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atıldı.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, AXC süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayanıb: “Yalnız Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı. Hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cı ildə Hərbi Akademiya yaradıldı. Heydər Əliyevdən sonra Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirdi. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Ordumuzda yeni təyinatlı komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb. Bütün bunlar Azərbaycanda ordu quruculuğunun uğurla həyata keçirildiyi, Azərbaycan Ordusunun günü-gündən daha da gücləndiyini göstərir”.
Deputat Azər Badamov qeyd edib ki, Azərbaycan Ordusu keçilməz deyilən sədləri keçib torpaqlarımızı işğaldan azad edib: “Bu gün ən müasir texnologiya ilə təmin edilən Azərbaycan Silahlı Qüvvələri müdafiə əməliyyatlarını sadələşdirmək və xidmətlər arasında koordinasiyanı təkmilləşdirmək vəzifəsini qarşıya məqsəd qoyub”.


width="220" alt="FHN Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib" />
width="220" alt="İlham Əliyev: “Ordu quruculuğu prosesi davam etdiriləcək”" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />