Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - CANLI YAYIM
sizinxeber.az xəbər saytı

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - CANLI YAYIM


Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Oxşar xəbərlər

Riadın qatıldığı əməliyyatlar çox uğurlu keçirdi - Milli Qəhrəmanın bacısı
Döyüş yoldaşları 31 il sonra nəşi tapılan Riad Əhmədovdan danışdı - VİDEO
Xalq artisti Ramiz Məlikin dəfn olunacağı yer açıqlandı
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO
Qənirə Paşayeva dəfn olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər