sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ADY vətəndaşlara müraciət ETDİ - VİDEO
Bu il ərzində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.
Sizinxeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər.
Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır. Bununla yanaşı qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.
"Siz də dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 "Əlaqə Mərkəzi"nə dərhal məlumat verin", - məlumatda qeyd olunur.
Sizinxeber.az
VİDEO
Oxşar xəbərlər
ADY: Dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub
ADY dəmir yolu xətlərinə kənar əşyaların qoyulması ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO
İranın yük maşını İrəvanda qəzaya uğradı
Sürət qatarı Xırdalanda azyaşlını vurub
2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













