Binəqədidə antisanitar vəziyyət aradan qaldırılıb - YENİLƏNİB - VİDEO
Binəqədi rayonunda qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
Sizinxeber.az-in əldə etdiyi məlumata görə, ərazidə təmizlik işləri görülür, aidiyyəti qurumlar cəlb edilib.
DİN-dən Sizinxeber.az-ə verilən məlumata görə, əraziyə məişət tullantıları atan şəxs müəyyən edilərək barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb.
***13:35
Bakının Binəqədi rayonunda yaranmış zibillik ərazi sakinləri təngə gətirib.
Bu barədə məlumat Sizinxeber.az-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, söhbət rayonun İlham Hacıyev küçəsində, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin yaxınlığında yerləşən ərazidən gedir.
Şikayətçinin sözlərinə görə, ərazidə yaranmış antisanitar vəziyyət və üfunət qoxu sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Sözügedən görüntüləri təqdim edirik:
Sizinxeber.az
Oxşar xəbərlər
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə - YENİLƏNİB - VİDEO
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə - VİDEO
Lənkəranın kəndində kanalizasiya problemi: Çirkab suları həyətlərə axır - VİDEO
Nərimanov rayonunda antisanitar şərait sakinləri təngə gətirib - VİDEO
Baksol yasayis massivindən ŞİKAYƏT - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
















