Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
Qadın voleybolçular arasında Azərbaycan çempionatının final görüşü çərçivəsində keçirilən “Azərreyl” - "Abşeron" (3:1) görüşünün ardından təntənəli bağlanış mərasimi baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, qalib komandaları təbrik etmək üçün ilk öncəyə səhnəyə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dəvət olunub.
Ardınca Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov fəxri kürsüyə yaxınlaşıb.
Kişilərdən ibarət "Neftçi" komandası və qadınların yarışında üçüncü yeri tutan "Murov Az Terminal" kollektivinə bürünc medallar təqdim olunub.
Kişi voleybolçuların yarışında "Murov Az Terminal", qadınlarda isə "Abşeron" ikinci yerə uyğun olaraq gümüş medala layiq görülüblər.
Son olaraq qadın və kişilər arasında keçirilən ölkə çempionatlarının qalibi olan "Azərreyl" komandası qızıl medal və kubokla təltif olunub
Oxşar xəbərlər
Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
“Azərreyl-2” və “Abşeron” Azərbaycan birinciliyində qələbə qazanıblar
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













