Qazaxıstan təmsilçisi Azərbaycan klubları ilə yoxlama oyunları keçirib
sizinxeber.az xəbər saytı

Qazaxıstan təmsilçisi Azərbaycan klubları ilə yoxlama oyunları keçirib


Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi Azərbaycan klubları ilə iki yoxlama oyunu keçirib.

"Sizinxeber.az" xəbər verir ki, əvvəlcə "Dinamo" ilə qarşılaşan asiyalılar 31:27 hesablı qələbəyə sevinib.

Daha sonra "Bakı" ilə üz-üzə gələn "Turan" məğlub olub. Qarşılaşma Azərbaycan klubunun 38:28 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan "Turan" komandası Bakıda daha əvvəl "Azəryol" komandası ilə qarşılaşıb.

“AHF Arena” İdman Kompleksində təşkil olunan yoxlama görüşü təmsilçimizin 34:28 hesablı qələbəsi ilə bitmişdi.

Oxşar xəbərlər

Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
"Turan"ın baş məşqçisi: "Azərbaycan klubları həndbolda daha yaxşı təsir bağışlayırlar"
Azərbaycanın U-17 millisi yoxlama oyunu keçirib
"Neftçi"nin basketbol komandası yoxlama oyunu keçirib
"Kəpəz" yoxlama görüşündə Küveyt klubuna qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər