"Neftçi" klubunun rəhbərliyi Ervin Koffini ağır cəzalandırıb - SƏBƏB
sizinxeber.az xəbər saytı

"Neftçi" klubunun rəhbərliyi Ervin Koffini ağır cəzalandırıb - SƏBƏB




"Neftçi" klubunun rəhbərliyi fransalı legioner Ervin Koffini azarkeşlərə qarşı etdiyi hərəkətə görə ağır cəzalandırıb.

Sizinxeber.az Oxu.az-a istinadən xəbər verir ki, fransalı müdafiəçinin məvacibinin mühüm hissəsi kəsilib.

Buna səbəb isə Premyer Liqanın II turunda "Səbail"lə keçirilən matçdan (2:2) sonra yaşanmış hadisədir.

Belə ki, Bayıldakı qarşılaşmanın ardından "Neftçi" azarkeşləri ilə oyunçuları arasında qalmaqal yaranıb. Fanatlar futbolçuları tənqid etmək üçün tribunaya çağırıblar. Kapitan Emin Mahmudova şikayətlərini dedikləri zaman Ervin Koffi tribunadan uzaqlaşmaq istəyib. Azarkeşlər isə ondan geri qayıtmasını tələb ediblər. Əsəbiləşən müdafiəçi qarşı tərəfə istiqamətlənən su butulkası tullayıb.

Bundan sonra ara qarışıb. Fanatlardan biri meydana daxil olsa da, polis və təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək, hadisənin böyüməsinin qarşısını alıblar.

Sizinxeber.az

Oxşar xəbərlər

Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Səbail" klubunun kapitanı: Yaşıl meydanlara qayıtsam da, formada deyiləm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Səbail" - "Neftçi" matçında qalib müəyyənləşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi"nin qapıçısı zədələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər