Paris-2024-də gümüş medal qazanan güləşçi: "Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam"
sizinxeber.az xəbər saytı

Paris-2024-də gümüş medal qazanan güləşçi: "Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam"




"Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam".

Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".

Qeyd edək ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.

Sizinxeber.az

Oxşar xəbərlər

Paris-2024-də gümüş medal qazanan güləşçi: Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər