DÇ-2026: Norveç millisi İtaliyanı darmadağın edib
sizinxeber.az xəbər saytı

DÇ-2026: Norveç millisi İtaliyanı darmadağın edib


2026-cı ilin futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I qrupunun 3-cü turunun Norveç və İtaliya yığmaları arasında keçirilən matç başa çatıb.

“Report” xəbər verir ki, komandalar Oslodakı (Norveç) "Ullevol" stadionunda qarşılaşıblar. Qarşılaşmanı ispaniyalı Xose Sançes Martinez idarə edib. Oyun Norveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində Aleksandr Syorlot Norveçi hesabda irəli çıxarıb. 34-cü dəqiqədə Nusa fərqlənib. Matçın 42-ci dəqiqəsində Erlinq Holand hesabı 3:0-a çatdırıb.

Ç-2026-nın seçmə mərhələsinin ilk üç mərhələsində Norveç millisinin doqquz xalı var və I qrupa liderlik edir. İtaliya siyahıda 4-cü sırada qərarlaşıb. Komandanın xalı yoxdur.

Oxşar xəbərlər

Norveç millisi İtaliyanı darmadağın edib
UEFA Millətlər Liqasında III turun oyunları keçirilib - YENİLƏNİB
UEFA Millətlər Liqası: Fransa İtaliyaya qalib gəlib, İngiltərə İrlandiyanı darmadağın edib
DÇ-2026: Bu gün Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq
Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər