Azərbaycanın çimərlik futbolu millisi Bakıda toplanış keçəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın çimərlik futbolu millisi Bakıda toplanış keçəcək


Çimərlik futbolu üzrə Azərbaycan millisi avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

AFFA-nın mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, yığma hazırlıq prosesi çərçivəsində Belarusla iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.

Təlim-məşq toplanışına 12 futbolçu dəvət alıb.

Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov.

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.

Oxşar xəbərlər

Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışına yollanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ilk dəfə çimərlik voleybolu üzrə "Seçim Günü" keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi "Fənərbağça"nın akademiyasındakı toplanışı başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər