Azərbaycan millisinin sabiq qapıçısı: "Linkoln" "Qarabağ" üçün zəif rəqibdir
"Linkoln" "Qarabağ" üçün zəif rəqibdir.
Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyev deyib.
43 yaşlı sabiq əlcək sahibi Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "Linkoln"a (Cəbəllütariq) 2:0 hesabı ilə qalib gəldiyi görüş barədə danışıb:
"Oyunu izləyən hər kəs gördü ki, "Qarabağ" üstün futbol nümayiş etdirir. Rəqib oyunu müdafiədən qurmağa çalışırdı. Onlar yaxşı bilirdilər ki, "köhlən atlar"ın hücumlarının qarşısını almaq asan olmayacaq. Təbii ki, matçdan əvvəl Azərbaycan klubunun əvvəlki oyunlarını təhlil etmişdilər. "Linkoln" "Qarabağ" üçün zəif rəqibdir. Cavab matçında çətinlik çəkəcəyi inandırıcı görünmür".
F.Vəliyəv "Qarabağ"ın bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyə biləcəyinə inandığını bildirib:
"Düşünürəm ki, Qurban Qurbanovun komandası heç də ötənilkindən zəif çıxış etməyəcək. "Qarabağ"ın ötənmövsümkü çıxışına nəzər salsaq, görərik ki, "Braqa" (Portuqaliya), "Bayer 04" (Almaniya) kimi komandalarla başabaş mübarizə aparıb. Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirəm. Təbii ki, bu bir o qədər asan olmayacaq. Təsnifat mərhələlərini adladıqca rəqiblər də çətinləşir".
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Oxşar xəbərlər
"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Qarabağ" ilk matçına bu gün Cəbəllütariqdə çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" matçı start götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" matçında ikinci hissə başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun mümkün rəqibi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












