PSJ-nin dörd üzvü Liqa 1-də mövsümün futbolçusu adına namizəddir
sizinxeber.az xəbər saytı

PSJ-nin dörd üzvü Liqa 1-də mövsümün futbolçusu adına namizəddir


PSJ klubunun dörd üzvü Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına namizəddir.

"Sizinxeber.az" xəbər verir ki, bu siyahını Fransa Peşəkar Futbolçular İttifaqı tərtib edib.

Beş namizəddən dördü Paris təmsilçisində çıxış edir. Bunlar Usman Dembele, Dezire Due, Əşrəf Hakimi, Vitinya (hamısı PSJ) və Rayan Şerkidir ("Lion").

Qalibin adı mayın 11-də açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafata hazırda İspaniyanın "Real" komandasında çıxış edən PSJ-nin sabiq hücumçusu Kilian Mbappe layiq görülüb.

Oxşar xəbərlər

Mbappe PSJ ilə bağlı Fransa Peşəkar Futbol Liqasının intizam komitəsinə şikayət edib
Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib
"Real" Portuqaliya millisinin futbolçusu ilə maraqlanır
Meyson Qrinvud Liqa 1-də dekabrın ən yaxşı oyunçusu seçilib
Premyer Liqa klubunun futbolçusu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər