Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm
Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun yekunları haqqında danışarkən deyib.
1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş mütəxəssis üç komandanı favorit saydığını söyləyib: “Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Almaniya millisi evində oynayır. Amma I turdan sonra nəsə demək tezdir. Praqmatik futbol izləyirik. İndi komandalar kəşfiyyat aparır. II turdan sonra nəsə demək olar. Bəzi komandalar özlərini sonuncu turlara saxlayırlar”.
Qeyd edək ki, iyunun 14-də start götürən AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.
Oxşar xəbərlər
Kaxaber Tsxadadze: Gürcüstan komandasının hücum potensialı Türkiyə yığmasından daha güclüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
AVRO-2024: Polşa millisinin ilkin heyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün baş məşqçisi İngiltərə və Almaniya klublarının təklifindən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












