"Mingəçevir" klubu heyətini nigeriyalı futbolçu ilə gücləndirib
"Mingəçevir" klubu heyətini nigeriyalı futbolçu ilə gücləndirib.
Bu barədə "Report"a komandanın baş məşqçisi Füzuli Məmmədov məlumat verib.
Mütəxəssis yeni transferin hücumçu olduğunu bildirib:
"Yeni forvardın adı Abba Usmandır. 21 yaşı var və yaxşı sürətə malikdir. Daha əvvəl İsrail klublarında çıxış edib. Bilirsiniz ki, komandaya baş məşqçi təyin olunandan sonra hazırlıq üçün vaxtımız az idi. Üstəlik, qışda transfer etmək bir o qədər asan olmur. Bununla belə, heyətə bir neçə yerli futbolçu cəlb etdik. İlk əcnəbi transferimiz isə Abba Usman oldu. Çalışmalarımız davam edir. İnşallah, hədəfimizə çatacağıq. Hər kəsə bəllidir ki, məqsəd bu il I Liqada yerimizi qorumaqdır".
Qeyd edək ki, "Mingəçevir" I Liqada 6 xalla sonuncu - onuncu sırada qərarlaşıb. Komanda çempionatda növbəti görüşünü yanvarın 31-də səfərdə "Zaqatala"ya qarşı keçirəcək.
Oxşar xəbərlər
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib
“Mingəçevir" yeni baş məşqçisini təqdim edib
"Fənərbağça" yeni futbolçu transfer edib
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib
“Şamaxı” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
