"Sumqayıt" qvineyalı hücumçu ilə müqavilə bağlayıb
sizinxeber.az xəbər saytı

"Sumqayıt" qvineyalı hücumçu ilə müqavilə bağlayıb


Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini yeni hücumçu ilə gücləndirib.

"Report" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. 27 yaşlı forvard Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

Oxşar xəbərlər

"Sumqayıt" gürcüstanlı futbolçu transfer edib
“Sumqayıt” Özbəkistan millisinin şərəfini qorumuş futbolçunun keçidini reallaşdırıb
"Sumqayıt" liberiyalı futbolçu transfer edib
"Sumqayıt" heyətini qapıçı ilə gücləndirib
"Sumqayıt" sabiq futbolçusunu geri qaytarıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər