Premyer Liqa: XIII tur "Kəpəz"in futbolçusu üçün əlamətdar olub
sizinxeber.az xəbər saytı

Premyer Liqa: XIII tur "Kəpəz"in futbolçusu üçün əlamətdar olub


Misli Premyer Liqasının XIII turunda baş tutan "Kəpəz" - "Sabah" görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu "sarı-göylər"in heyətində 50-ci çempionat matçına çıxıb.

Bu oyunlarda 6 qol vuran O.Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl "Neftçi" ilə görüşdə dubla imza atıb.

Qeyd edək ki, "Kəpəz" hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Premyer Liqa: XIII turun daha iki oyunu keçiriləcək
Azərbaycan çempionatının XIII turu nadir hadisə ilə əlamətdar olub
Premyer Liqanın XIII turunda daha bir oyun keçirilib
“Qarabağ”ın müdafiəçisi 100-cü çempionat matçına çıxıb
Azərbaycan Premyer Liqası: IX tur "Qarabağ"ın futbolçusu üçün əlamətdar olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle