Azərbaycan çempionatının XIII turu nadir hadisə ilə əlamətdar olub
sizinxeber.az xəbər saytı

Azərbaycan çempionatının XIII turu nadir hadisə ilə əlamətdar olub


Misli Premyer Liqasının XIII turu nadir hadisə ilə əlamətdar olub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub.

O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqədə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. M.Saldanya və O.Əliyevdən öncə "Zirə"nin sabiq futbolçusu Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

Premyer Liqada bir ildən sonra üç oyunda heç-heçə qeydə alınıb
"Sabah" "Kəpəz"lə heç-heçə edib
Premyer Liqa: XII tur aşağı məhsuldarlıqla əlamətdar olub
Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk avtoqol qeydə alınıb
Premyer Liqanın XIII turunda daha bir oyun keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle