UEFA Avropa Liqası: "Mançester Yunayted" qalib gəlib, "Fənərbağça" uduzub
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqası: "Mançester Yunayted" qalib gəlib, "Fənərbağça" uduzub


UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda daha 17 görüş keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi rəqibi 2:1 hesabı ilə üstələyib.

Bu görüşlə yanaşı, daha 8 matç Bakı vaxtı ilə saat 21:45-də başlayıb. Digər oyunlar isə gecəyarısı start götürüb.

Qeyd edək ki, IV turun açılış oyununda "Beşiktaş" dünən "Malmö" ilə qarşılaşmışdı.

UEFA Avropa Liqası

Liqa mərhələsi

IV tur

7 noyabr

21:45. "Budyo Qlimt" (Norveç) – "Qarabağ" (Azərbaycan) 1-2

21:45. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Slaviya" (Çexiya) 1-0

21:45. "Elfsborq" (İsveç) – "Braqa" (Portuqaliya) 1-1

21:45. FKSB (Rumıniya) – "Midtyullann" (Danimarka) 2-0

21:45. "Qalatasaray" (Türkiyə) – "Tottenhem" (İngiltərə) 3-2

21:45. "Ludoqorets" (Bolqarıstan) – "Atletik" (İspaniya) 1-2

21:45. "Nitsa" (Fransa) – "Tvente" (Niderland) 2-2

21:45. "Olimpiakos" (Yunanıstan) – "Reyncers" (Şotlandiya) 1-1

21:45. "Yunion" (Belçika) – "Roma" (İtaliya) 1-1

00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrail) 5-0

00:00. AZ (Niderland) – "Fənərbağça" (Türkiyə) 3-1

00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan) 0-4

00:00. "Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa) 1-1

00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya) 2-1

00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan) 2-0

00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Soseydad" (İspaniya) 2-1

00:00. RFS (Latviya) – "Anderlext" (Belçika) 0-1

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində V tura noyabrın 28-də start veriləcək.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: “Qarabağ” və “Qalatasaray”dan qələbə
UEFA Avropa Liqası: Liqa mərhələsində II turun qarşılaşmaları keçirilib
UEFA Avropa Liqası: Liqa mərhələsində II turun qarşılaşmaları keçiriləcək
UEFA Avropa Liqası: Bu gün daha 17 qarşılaşma baş tutacaq
UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle