"Zirə" ilk dəfə UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib
Azərbaycanın Konfrans Liqasındakı daha bir təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.
Sizinxeber.az xəbər verir ki, "Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçın 37-ci dəqiqəsində Vedran Oqoviç qonaqları hesabda önə çıxarıb.
Oyunun 54-cü dəqiqəsində Qismət Alıyev penaltidən fərqlənərək tarazlığı bərpa edib.
Matçın 81-ci dəqiqəsində isə Anton Matkoviç Xorvatiya təmsilçisinin ikinci qolunu vurub.
Görüşün 90-cı dəqidəsində Davit Volkovi "Zirə"nin bərabərlik qoluna imza atıb.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmada uzatma dəqiqələr oynanılıb.
Əlavə vaxtda hesab dəyişməz qalıb. Penaltilər seriyasında isə "Zirə" rəqibindən üstün olub - 2:1.
Bununla da “Zirə” UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib.
Xatırladaq ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada 1-1 hesablı heç-heçə qeydə alınmışdı.
Oxşar xəbərlər
Konfrans Liqası: "Zirə" səfərdən heç-heçə ilə dönür
"Zirə" qələbə çalaraq növbəti mərhələyə yüksəlib
"Sabah" avrokuboklarla vidalaşıb
Konfrans Liqası: "Zirə" böyük hesabla qalıb gəlib
"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












