Afrika klubuna keçən azərbaycanlı futbolçu: "İş icazəsi təxminən 10 günə həll olunmalıdır"
Cənubi Afrika Respublikasının "Stellenboş" klubuna keçən azərbaycanlı futbolçu Turan Manafovun bu ölkədəki iş icazəsi təxminən on günə həll ediləcək.
Bu barədə "Sizinxeber.az"a 26 yaşlı yarımmüdafiəçi açıqlama verib.
O, transferinin açıqlanmamasının səbəbini izah edib:
"Bu, klubdan və ya məndən asılı olan məsələ deyil. İş icazəsinin alınmaması ilə bağlıdır. Həmin sənəd gəldikdən sonra komanda keçidimi rəsmən açıqlayacaq. Yeganə problem odur. Digər məsələlər tam olaraq həll edilib. Hazırda sənədi gözləyirik. Yaxın günlərdə həll olunmalıdır. Sənəd təxminən 10 günə gəlməlidir".
T.Manafov transferinin növbəti həftə rəsmiləşə biləcəyini söyləyib:
"Növbəti həftə keçidin rəsmən açıqlanacağı gözlənilir. Hazırda komandanın oyunçusu kimi məşqlərə qatılıram. Tibbi müayinədən də keçmişəm, klubun üzvü kimi kollektiv məşqlərdə iştirak edirəm. Sadəcə, dediyim sənəd qalıb".
Oyunçu Cənubi Afrika Respublikasını seçməsini bu cür izah edib:
"Məni ötən yayda da istəyirdilər. Özüm də legioner həyatı yaşamağı planlaşdırırdım. Ona görə belə qərar verdim. Bu, mənim üçün yeni çağırışdır".
Qeyd edək ki, Turan Manafov son olaraq "Kəpəz"in formasını geyinib.
Oxşar xəbərlər
Cənubi Afrika XİN baş direktoru əvvək Kiyevə, sonra Moskvaya səfər edəcək
Filippin nümayəndəsi: Qlobal Cənubun problemləri silahla deyil, mədəniyyət və medianın gücü ilə həll olunmalıdır
Qırğızıstan çempionuna transfer olunan futbolçu: "İki azərbaycanlının əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır"
Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub
KİV: ABŞ və Cənubi Afrika prezidentlərinin görüşü növbəti üç ayda baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













