"Barselona" qapıçını kapitanlıqdan məhrum edir
sizinxeber.az xəbər saytı

"Barselona" qapıçını kapitanlıqdan məhrum edir


İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen kapitanlıq sarğısından məhrum edilir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin rəhbərliyinin tələbidir.

Baş məşqçi Hans-Diter Flik də 33 yaşlı futbolçuya qarşı intizam tədbiri olaraq yeni kapitanın təyin olunmasını istəyib.

Qolkiper La Liqanın həkim komissiyası üçün zədə hesabatını imzalamaqdan imtina edib. Klub reqlamentdəki bənddən istifadə edərək yeni gələn oyunçunu qeydiyyatdan keçirmək istəyirdi. Lakin bunun reallaşması üçün zədəli futbolçunun ən azı dörd aya sağalacağı təsdiqlənməlidir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci yayınadək qüvvədədir.

Oxşar xəbərlər

Mark-Andre ter Ştegen karyerasını "Mançester Siti"də davam etdirə bilər
"Barselona"nın qapıçısı zədə səbəbindən mövsümü başa vurub
İspaniyalı qapıçı "Barselona"dan ayrıla bilər
"Barselona" yarımmüdafiəçisi ilə yollarını ayırmaq istəyir
"Barselona"nın qapıçısı bərpa məşqlərinə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər