UEFA Çempionlar Liqası: "Feyenord" "Fənərbağça"nı minimal hesabla məğlub edib
Niderlandın "Feyenord" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Türkiyənin "Fənərbağça" komandasını minimal hesabla məğlub edib.
"Sizinxeber.az" xəbər verir ki, Rotterdamdakı "Feyenoord Stadium"da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Qarşılaşma kifayət qədər gərgin keçib.
Ev sahibləri 19-cu dəqiqədə Quinten Timberin qolu sayəsində hesabı açıblar. Əsas vaxtın bitməsinə dörd dəqiqə qalmış İstanbul təmsilçisi hesabı bərabərləşdirməyə nail olub, Sofyan Amrabat fərqlənib. Lakin, niderlandlılar əlavə dəqiqələrdə qələbəni əldə etməyə müvəffəq olublar, Anise Hadj-Moussanın zərbəsi dəqiq alınıb - 2:1.
Beləliklə, cütün taleyinə gələn həftə, 12 avqustda İstanbulda keçiriləcək cavab oyununda aydınlıq gələcək.
Oxşar xəbərlər
"Bavariya" böyük hesabla qələbə qazandığı oyunda rekorda imza atıb
"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
UEFA Konfrans Liqası: "Sabah" ümumi hesabda önə keçib - YENİLƏNİB - 8
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun daha 2 oyunu keçirilib
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













