Argentina millisinin hücumçusu "Napoli"ni tərk edəcək
sizinxeber.az xəbər saytı

Argentina millisinin hücumçusu "Napoli"ni tərk edəcək


Argentina millisinin hücumçusu Covanni Simeone hazırda formasını geyindiyi "Napoli"ni (İtaliya) tərk edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Atletiko"nun (İspaniya) baş məşqçisi Dieqo Simeonenin oğlu karyerasını "Torino"da davam etdirəcək.

Tərəflər 8 milyon avro qarşılığında, müddəti 2028-ci ilə qədər olan müqavilə imzalamaq barədə razılığa gəliblər. 30 yaşlı oyunçunun maaşının 1,7 milyon avro olacağı bildirilib.

Qeyd edək ki, C.Simeone 2022/2023 mövsümündən "Napoli"də oynayır.

Oxşar xəbərlər

Xviça Kvaratsxeliya "Napoli" ilə razılığa gəlib
Dieqo Simeone "Atletiko"nun baş məşqçisi kimi La Liqada ilki gerçəkləşdirib
Xviça Kvaratsxeliya "Napoli"ni tərk edə bilər
"Napoli" Portuqaliya klubunun futbolçusunu transfer edir
Argentina millisinin hücumçusu "Atletiko"ya keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər