"Karvan"ın yeni vitse-prezidenti: "Yevlax futbolunun əvvəlki əzəmətini geri qaytarmağa çalışırıq"
"Karvan" rəhbərliyi Yevlax futbolunun əvvəlki əzəmətini geri qaytarmağa çalışır.
Bunu "Report"a açıqlamasında "Karvan"a yeni vitse-prezident təyin olunan Kənan Kərimov deyib.
Komandanın sabiq baş məşqçisi bu işdə ona güvənən klub prezidenti Şahmar Vəliyevə təşəkkürünü bildirib:
"Uzun illər Yevlax futboluna məşqçi kimi xidmət etmişəm. Artıq bundan sonra rəhbər şəxs kimi əlimdən gələni edəcəyəm. Çalışırıq ki, Yevlax futbolunun əvvəlki əzəmətini geri qaytaraq".
K.Kərimov Premyer Liqada davamlı şəkildə iştirak etmək və azarkeşləri sevindirmək istədiklərini söyləyib:
"İndiki vəziyyətdə əsas işimiz stadionla bağlıdır. Bildiyiniz kimi, meydanın örtüyü süni olacaq. Bununla belə, fikrimiz var ki, köməkçi meydançanı Avropa standartlarına cavab verən formada hazırlayaq. Yəni məşq meydançamızın ot örtüyü təbii olacaq. Daha sonra stadionun tribunalarının sayında dəyişiklik etmək, daha yaxşı hala gətirməyi düşünürük. Təbii ki, bütün bunlar üçün zamana ehtiyac var".
Oxşar xəbərlər
"Karvan"ın baş məşqçisi: "Premyer Liqada ev oyunlarını doğma meydanda keçirəcəyik"
“Karvan” rəhbərliyi kluba ayrılacaq maliyyə vəsaitini artıra bilər
Yevlax şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesinə yaxın müddətdə başlanılacaq
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
AFFA rəhbərliyinin bölgələrə səfəri ilə bağlı detallar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













