Yevlax şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesinə yaxın müddətdə başlanılacaq
Yevlax şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesinə yaxın müddətdə başlanılacaq.
Bu barədə "Report"a "Karvan" komandasının mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev məlumat verib.
Klub rəsmisi arenanın qaznonun süni olacağını bildirib:
"Stadionun ot örtüyünün süni olacağı dəqiləşib. Prosesə yaxın zamanda başlanılacaq. "Karvan" klubu olaraq ev oyunlarımızı doğma şəhərdə keçirmək prioritet istiqamətlərindən biri hesab olunur".
O, Premyer Liqada layiqli mübarizə aparmaq üçün komandanın heyətinin gücləndirilməsi işlərinə start verildiyini söyləyib:
"Bir neçə futbolçu ilə danışıqlar gedir. Heyəti yerli və əcnəbi futbolçularla gücləndirməyi planlaşdırırıq. Etik olmadığı üçün onların adlarını sizə açıqlaya bilməyəcəyik. Ancaq hazırlıqlar gedir. I Liqada iştirak edən futbolçulardan 4-5 nəfərlə yolumuza davam edəcəyik. Bilirsiniz ki, Premyer Liqanın səviyyəsi həmişə fərqli olur".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də start götürəcək.
Oxşar xəbərlər
"Karvan"ın baş məşqçisi: "Premyer Liqada ev oyunlarını doğma meydanda keçirəcəyik"
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
Binə qəsəbə stadionunda süni ot örtüyünün dəyişdirilməsi işləri davam etdirilir
"Mingəçevir" klubu I Liqada rəqiblərini köməkçi meydanda da qəbul edəcək
“Xəzər Lənkəran”ın stadionu təmir edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












