Fransa klubunun qapıçısı psixoloqa müraciət edib
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma psixoloqa müraciət edib.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper klublararası dünya çempionatının 1/4 final mərhələsində Almaniya təmsilçisi "Bavariya"nın oyunçusu Camal Musialanın zədələnməsindən sonra bu addımı atıb.
Yarımmüdafiəçi məhz italyan qolkiperlə toqquşduqdan sonra ağır zədə alıb.
Donnarumma meydanda və paltardəyişmə otağında Paris təmsilçisinin idman psixoloqu Xoakin Valdeslə söhbət edib. X,Valdes baş verənlərdə qapıçının günahı olmadığını söyləyib.
Bununla belə, oyunçunun final fitindən sonra hadisəyə görə depressiyaya düşdüyü bildirilib. O, həmkarı Musiala ilə də əlaqə saxlayıb və onun durumu haqqında məlumat alıb.
Qeyd edək ki, qarşılaşma PSJ-nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Musialanın 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Oxşar xəbərlər
“Bild”: "Bavariya"nın oyunçusu Musiala oyunları 5 ayadək buraxa bilər
"Bavariya"nın PSJ ilə oyunda zədələnən futbolçusu bu gün əməliyyat olunacaq
“Bavariya”nın futbolçusu Camal Musialanın ayağı sınıb
PSJ qapıçısı ilə anlaşa bilmədiyi üçün onu satmaq istəyir
Klublararası dünya çempionatı: PSJ "Bavariya"nı 9 oyunçu ilə məğlub edərək yarımfinala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













