Klublararası dünya çempionatı: PSJ "Bavariya"nı 9 oyunçu ilə məğlub edərək yarımfinala yüksəlib
sizinxeber.az xəbər saytı

Klublararası dünya çempionatı: PSJ "Bavariya"nı 9 oyunçu ilə məğlub edərək yarımfinala yüksəlib


PSJ klublararası dünya çempionatının 1/4 finalında "Bavariya"nı məğlub edib.

"Report"un məlumatına görə, oyun Atlantadakı (ABŞ) "Mercedes-Benz Stadium" stadionunda baş tutub.

Hesabı matçın 78-ci dəqiqəsində parislilərin yarımmüdafiəçisi Desire Due açıb. Hücumçu Usman Dembele 90+7-ci dəqiqədə “qırmızı-göylər”in hesabdakı üstünlüyünü artırıb; - 2:0.

İlk hissənin sonunda "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşması nəticəsində ciddi xəsarət alıb.

Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Eernandes meydandan qovulub.

PSJ turnirin yarımfinalında "Real Madrid" - "Borussiya" matçının qalibi ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Real" 1/4 finala yüksəlib
Bundesliqa: “Bayer” “Borussiya”nı 19 dəqiqədəki üç qolla məğlub edib
Bundesliqa: “Bayer” “Borussiya”nı məğlub edib
“Real Madrid” İspaniyanın Futbol Kubokunun ilk finalçısı olub
"Çelsi"nin hücumçusu klublararası dünya çempionatında 2 oyunluq diskvalifikasiya edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər