sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Fənərbağça" ispan yarımmüdafiəçi üçün 15 milyon avro təklif edib
Türkiyənin "Fənərbağça" klubu ispaniyalı futbolçu Marko Asensio üçün PSJ-yə 15 milyon avro təklif edib.
"Report" xəbər verir ki, bu barədə Fransanın "Lequipe" nəşri məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin yayda Paris təmsilçisindən ayrılacağı bildirilib. Oyunçu ötən mövsümün ikinci yarısını "Aston Villa"da keçirib, lakin ingilislər də onu saxlamamaq qərarına gəlib. Asensio PSJ-nin baş məşqçisi Luis Enrikenin də planlarına daxil deyil.
Futbolçu hələlik başqa təklifləri də gözləmək niyyətindədir.
Qeyd edək ki, Marko Asensio 2023-cü ildən PSJ-də çıxış edir.
Oxşar xəbərlər
PSJ ispaniyalı futbolçusunu satışa çıxarıb
İngiltərə klubu Türkiyə millisinin futbolçusu üçün 35 milyon avro təklif edib
PSJ-nin vingeri İngiltərə klubuna birdəfəlik transfer oluna bilər
"Çelsi" portuqaliyalı futbolçu üçün 65 milyon avro təklif edib
"Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













