Fransa çempionatının 6 qat qalibi iflas qərarı üçün məhkəməyə müraciət edib
sizinxeber.az xəbər saytı

Fransa çempionatının 6 qat qalibi iflas qərarı üçün məhkəməyə müraciət edib


Fransa Liqa 1-in 6 qat qalibi “Bordo” klubu 1937-ci ildən malik olduğu peşəkar statusunun ləğvi və iflas qərarı üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bordo təmsilçisinin İngiltərənin "Liverpul" klubunun sahibi olan Amerika şirkəti ilə danışıqları müsbət nəticələnmədiyi üçün iflas elan edilməsini istəyib. Bundan başqa maliyyə xərclərinin azaldılması üçün futbolçularla müqavilələrə xitam veriləcək və məşq mərkəzləri bağlanacaq.

Qeyd edək ki, 1949, 1983, 1984, 1986, 1998 və 2009-cu illərdə Fransa çempionu olan komanda 2023/2024 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.

Oxşar xəbərlər

Altıqat Fransa çempionu "Bordo" üçüncü diviziona göndərilib
Türkiyənin əsas aviaşirkətlərindən birinin iflası rəsmən təsdiqlənib
İngiltərəli baş məşqçi Fransa klubunu çalışdıracaq
Fransa klubu Belçika millisinin üzvünü transfer edib
"Yuventus" Fransa klubunun futbolçusunu transfer edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər