Azərbaycanın millisi Dünya Kubokunu 6 medalla başa vurub
sizinxeber.az xəbər saytı

Azərbaycanın millisi Dünya Kubokunu 6 medalla başa vurub


Azərbaycanın parapauerliftinq millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunu 6 medalla başa vurub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Medallardan üçünün əyarı qızıl, üçünükü isə gümüş olub.

İdmançılardan Rəsul Zəkiyev (88 kq) bütün rəqiblərini geridə qoyaraq, biri gənclər arasındakı yarışda olmaqla iki qızıl medal qazanıb. Həmçinin Pərvin Məmmədov (49 kq) da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Məmmədov gümüş medal sahibi də olub.

Digər gümüş medalları Talib Zeynalov (+107 kq) və Zəhra Dadaşova (61 kq) əldə ediblər.

Oxşar xəbərlər

Azərbaycan parapauerliftinqçisi Gürcüstanda gümüş medal qazanıb
Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü olub
Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 1 qızıl medalla başa vurublar
Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle