Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb


Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

"Report" xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

Oxşar xəbərlər

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bürünc medal qazanıb
“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi ilk gündə bürünc medal qazanıb
Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın daha 4 güləşçisi medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər