“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İB-nin rəsmisi: “Bu ilki Beynəlxalq turnirdə iştirakçıların sayı daha çoxdur”
Bu il Azərbaycanda keçirilən III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turnirində əvvəlkilərlə müqayisədə həm iştirakçı, həm də xaricdən gələnlərin sayı çoxdur.
Bunu “Sizinxeber.az”a açıqlamasında “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İB-nin idarə heyətinin sədri Azər Əliyev Azərbaycanda təşkil olunan III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turnirinin təşkili ilə bağlı deyib.
O, bu il iştirakçıların sayının daha çox olduğunu söyləyib:
“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” artıq üçüncü dəfə Azərbaycanda bu turniri keçirir. Bu il əvvəlkilərlə müqayisədə həm iştirakçı, həm də xaricdən gələnlərin sayı çoxdur. Ümumilikdə 70-ə yaxın iştirakçı var ki, onların 44-ü xarici ölkələrdən gəliblər. İştirakçıların hər biri peşəkar balıqçılardır. Biz də xarici ölkələrdə keçirilən turnirlərdə iştirak etmişik və onların peşəkarlığını görmüşük. Ümid edirəm ki, turnir Azərbaycanda idman balıqçılığının inkişafına təkan verəcək və gələcəkdə növbəti yarışların keçirilməsinə zəmin yaradacaq”.
Klub rəsmisi Azərbaycanda peşəkar idman balıqçılığının son 10 ildə xeyli inkişaf etdiyini vurğulayıb:
“Son 10 ildə Azərbaycanda peşəkar və mədəni idman balıqçılığının inkişafı sürətlənib. Bunun müsbət cəhətləri odur ki, peşəkar idmançılar balığı tuturlar, şəklini çəkib suya buraxırlar. Bu da tükənən sərvət olan balığın məhvinin qarşısını alır. Həmçinin digər insanlara və övladlarımıza bu baxımdan tərbiyə vermiş oluruq. Balığı tutub məhv etmək yox, həm də balıqçılığı bir hobbi və ya idman kimi inkişaf etdirmək olar”
A.Əliyev Azərbaycan idmançılarının şanslarını da dəyərləndirib:
“Əcnəbilər arasında peşəkar balıqçılar, çempionlar var. Ona görə də Azərbaycan idmançılarının şanslarını 50-nin 50-yə faiz nisbətilə qiymətləndirirəm. Düzdür, nominasiyalarımız çoxdur. Hər biri üzrə həm azərbaycanlılar, həm də əcnəbilər qələbə qazana bilər. Azərbaycanlı idmançılar xarici turnirlərdə iştirak ediblər. Polşadakı yarışda üçüncü yeri tutmuşduq. Yunanıstanda mükafatçı olmuşuq. Artıq bizom idmançıların da xarici ölkələrdə qələbələri var. Balıqçılığın çüxtəlif növləri var. Bu sahildən balıq ovlama növü üzrə yarışdır və əsasən dəniz, həmçinin okean sahilində yerləşən ölkələrdə keçirilir”.
Qeyd edək ki, Azərbaycanda sayca üçüncü dəfə təşkil olunan bu turnir aprelin 27-də yekunlaşacaq.


width="220" alt="Azərbaycanda III Odlar Yurdu Beynəlxalq Surfkastinq turnirinin açılış mərasimi keçirilib" />
width="220" alt="“Odlar Yurdu Sığorta Brokeri”nin lisenziyası ləğv edilib" />
width="220" alt="Azərbaycan çempionatı: “Zirə” ardıcıl üçüncü qələbəsini qazanıb" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />